Meksikanın paytaxtı Mexiko şəhərində bara edilmiş silahlı hücum nəticəsində 6 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Askapotsalko bələdiyyəsində baş verib.

Polis insidentdə şübhəli bilinən üç nəfəri saxlayıb. Faktla bağlı araşdırma davam etdirilir.