Fransa artıq neçə gündür ki, təbii fəlakətin cəngindədir. Oktyabrın 1-dən etibarən ölkənin cənub-şərqini vuran “Aleksa” qasırğası nəticəsində doqquz nəfər itkin düşüb.

Unikal.org xəbər verir ki, “Perepichka News” “Telegram” kanalı bu barədə xəbər yayıb.

Onların arasında xilasedicilərin olduğu da vurğulanıb.

Təbii fəlakət zamanı minlərlə ev işıqsız qalıb, tikililər və körpülər uçub. Bununla bağlı yayılan kadrların birində selin yuduğu körpünün necə partladığı görünür.