Əfqanıstanın Nəngərhar əyalətində partlayış olub.
Unikal.org xəbər verir ki, partlayış nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan isə yaralanıb.
Məlumata görə, minalanmış avtomobil Qanixil dairəsi qubernatorunun iqamətgahının yaxınlığında partlayıb. Daha sonra silahlı şəxslər binaya daxil olaraq atəş açıblar.
Təhlükəsizlik orqanlarının əməkdaşları silahlıları zərərsizləşdirə biliblər. Qeyd edək ki, hücumu hələlik heç bir qruplaşma üzərinə götürməyib.