Azərbaycan Ordusuna qarşı döyüşlərdə iştirak edən erməni idmançı məhv edilib.

Unikal.org xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Bildirilib ki, ağırlıqqaldırma üzrə ölkə çempionu olan Tatul Harutyunyan Qarabağda öldürülüb. Onunla birlikdə döyüşə gedən digər idmançılar - Avropa çempionu Arsen Harutyunyan, Gegham Torgomyan, Ermənistan Dövlət Bədən Tərbiyəsi institutunun prorektoru Gagik Sarkisyandan isə xəbər yoxdur.

Ailələri onların sağ olması barədə heç bir məlumat ala bilməyib.