Suriyanın Afrin şəhərində bomba yüklü avtomobildə partlayış baş verib.
Unikal.org xəbər verir ki, hadisə nəticəsində 4 mülki şəxs yaralanıb. Yaralılar ətrafdakı insanların köməyi ilə xəstəxanaya aparılıb.
Hadisə yerinə aidiyyatı qurumlar cəlb olunub. Faktla bağlı araşdırma davam etdirilir.