Şimali Koreyanın lideri Kim Çen In ölkəni uğursuz idarə etdiyinə görə vətəndaşlarından üzr istəyib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Kim Çen In bildirib ki, onun səmimiyyəti və səyləri yetərli qədər olmadığından vətəndaşlar gündəlik həyatın çətinliklərindən azad ola bilmirlər.
Ölkə başçısı, eyni zamanda, Şimali Koreyanın tayfundan zərər çəkmiş ərazilərinin yenidən qurulması və koronavirusun Şimali Koreyaya nüfuz etməməsi ilə mübarizədə çoxsaylı çətinlikləri aşmalı olan Şimali Koreya ordusunun əsgərlərindən üzr istəyib.