Azərbaycan milli komandası UEFA Millətlər Liqasında Kipr millisinə qarşı keçirəcəyi IV tur oyununa qara sarğı ilə çıxacaq.

Unikal.org AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu addım Ermənistan silahlı qüvvələri tərəfindən respublikamızın müxtəlif şəhərlərinin və digər yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dünyasını dəyişmiş mülki şəxslərin, dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq atılacaq.

Qeyd edək ki, Azərbaycan - Kipr matçı oktyabrın 13-də Albaniyanın Elbasan şəhər stadionunda təşkil olunacaq.