Millətlər Liqasının A qrupu çərçivəsində 2-ci qrupun III turunda İngiltərənin qonağı olan Belçika yığması meydanı məğlub tərk edib.
 
Unikal.org xəbər verir ki, “Uembli” stadionundakı qarşılaşmada Romelu Lukaku hesabı açsa da, ingilislər Markus Reşford və Meyson Mountun qolları sayəsində əzmkar qələbə qazanıb – 2:1.
 
Bununla Belçika millisi 2 ildən sonra ilk dəfə məğlub olub. Komanda axırıncı dəfə 2018-ci il noyabrın 18-də Millətlər Liqasında İsveçrəyə 2:5 hesabı ilə yenilib. Həmin vaxtdan bu günə qədər keçirilən 13 matçdan 12-də qələbə qazanan belçikalılar 1 dəfə rəqiblə bərabərə qalıb.
 
Qeyd edək ki, 3 oyunda 6 xal toplayan Belçika yığması qrupda 2-ci pillədə yer alır.