Son sutkada Fransada 30 mindən çox insan koronavirusa yoluxdu. Ümumilikdə ölkədə kornavirusa yoluxanların sayı 809 684 nəfərə çatıb.

Unikal.org xəbər verir ki,  bu barədə "Sante publique France" agentliyi bildirib.

Son 24 saat ərzində ölkədə 30 621 yoluxma faktı qeydə alınıb. Qeyd edilir ki, bir gün əvvəlki göstəricilər 8 min daha az olub - 22 591 min nəfər.

Hazırda ölkədə sözügedən virusdan ölənlərin ümumi sayı son sutkada 104 olmaqla 33 125 nəfər təşkil edir.