Rusiyanın Yekaterinburq şəhərində keçirilməsi planlaşdırılan Samba üzrə Avropa çempionatı ləğv edilib.
Unikal.org xəbər verir ki, bu barədə TASS-a Avropa və Ümümrusiya Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev məlumat verib.
O bildirib ki, yarış dünyada, Rusiyada və xüsusən Yekaterinburqda pisləşən epidemioloji vəziyyətə görə ləğv edilib.
Qeyd edək ki, Avropa çempionatı bu il noyabrın sonunda keçirilməli idi. Yarışda Azərbaycan idmançılarının da iştirakı nəzərdə tutulmuşdu.