Qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Unikal.org xəbər verir ki, Xomutov şəhərində Çexiya yığması ilə qarşılaşan komanda 0:3 hesabı ilə məğlub olub. Hesabı 27-ci dəqiqədə Klara Kahinova açıb. 52-ci dəqiqədə Tereza Krejçirikova fərqi artırıb. Tereza Şeveçkova isə 64-cü dəqiqədə yekun nəticəni müəyyənləşdirib.
Qrupun digər oyununda Polşa səfərdə Moldovanı eyni hesabla yenib.
Bu nəticələrdən sonra Polşa 7 oyundan 14 xalla liderliyə yüksəlib. İspaniya 5, Çexiya 7 oyundan 13 xalla 2-3-cü yerləri bölüşür. Moldova 5 matçdan 3 xalla 4-cü yerdə gedirsə, 6 qarşılaşmasının hamısından məğlub ayrılan Azərbaycan yığması sonuncudur.