“Türk qardaşlarımızdan böyük dəstək gördük”.
Unikal.org xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Türkiyənin İstanbul şəhərində İspaniyanın “Vilyareal” klubu ilə qarşılaşacaq “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov Türkiyənin “Haber Global” telekanlına müsahibəsi zamanı bildirib.
“Qarabağ”ın kiçik uğurları var. Çox istərdik ki, oyunlarımızı Qarabağda keçirək, bizim qarabağlı azarkeşlərimiz bu uğurları görsünlər”, - deyə Q.Qurbanov bildirib.