Türkiyə Super Liqasında VII tur davam edir.
Unikal.org xəbər verir ki, bu gün baş tutmalı olan üç oyundan ikisi keçirilib.
Autsayderlər zonasında qərarlaşan “Gənclərbirliyi” öz meydanında “Qaziantep”lə bərabərə qalıb.
Qeyri-stabil mövsüm keçirən “Qalatasaray” son pillənin sahibi “Ankaragücü”nü qəbul edib. Bu matça qədər qələbə üzünə həsrət qalan paytaxt təmsilçisi İstanbuldan da əliboş dönüb. Rəqibi üzərində qələbə qazanan “cim-bom” turnir cədvəlində 3-cü pilləyə yüksəlib.