Tayvan hökuməti Çin ordusunun mümkün hava hücumu zamanı istifadə ediləcək 117 mindən çox yeraltı sığınacaq barədə ictimaiyyəti məlumatlandıracaq.
Unikal.org xəbər verir ki, bu barədə Tayvan Xalq Partiyasından seçilmiş deputat Kao Hunq jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Çin daha təcavüzkar addımlar atmazdan əvvəl Tayvan hökuməti müvafiq qərarlar qəbul etməlidir:
“Tayvan hökuməti müdafiəni gücləndirməklə yanaşı, fövqəladə vəziyyət zamanı necə davranmaq lazım olduğu barədə də xalqı məlumatlandırmalıdır. Tayvanlılar heç vaxt müharibə ilə üzləşməyib və belə durumda nə etməli olduqlarını bilmirlər”.
Qeyd edək ki, son vaxtlar Çinə məxsus qırıcıların Tayvanın hava sərhədini pozması bu ölkənin hakimiyyət dairələrində ciddi narahatlığa səbəb olub.