Moskvada son sutka ərzində daha 69 nəfər koronavirusdan dünyasını dəyişib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 7 140-a çatıb.
Moskvada ümumilikdə 450 mindən çox insan koronavirusa yoluxub, 329 mindən çox pasiyent xəstəliyə qalib gəlib.