Ermənistan tərəfinin cəbhənin Xocavənd (keçmiş Martuni) istiqamətində guya irəlilədikləri və Azərbaycana məxsus döyüş təyyarəsini vurduqları barədə yayılan məlumat tamamilə yalandır və daxili auditoriyaya hesablanmış dezinformasiyadır.

Bu barədə Unikal.org-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Tam əksinə, Azərbaycan Ordusunun bölmələri qazandıqları taktiki üstünlüyü saxlamaqla cəbhənin bu istiqamətində hücumu daha da genişləndirir", - deyə məlumatda vurğulanıb.