FIFA-dakı korrupsiya mexanizmində bankların rolu ilə bağlı istintaqı başa çatdırmaq üçün İsveçrənin "Julius Baer" bankı ABŞ Ədliyyə Nazirliyi ilə razılığa gəlib.
Unikal.org xəbər veirr ki, bu barədə bankın rəsmi saytında məlumat verilib. Bunun üçün təqribən 80 milyon ABŞ dolları vəsait ayrılıb.
Bildirilib ki, bu məbləğ 2020-ci ilin maliyyə nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulub. Yaxın gələcəkdə məsələ ilə bağlı yekun qərar veriləcək.
Qeyd edək ki, 2015-ci ildə FIFA-nın bir neçə yüksək vəzifəli məmuru həbs olunub. Onlar korrupsiya, fırıldaqçılıq və çirkli pulların yuyulmasında ittiham olunurlar.