Rusiya sülməramlıları Dağlıq Qarabağ bölgəsinə yerləşdikdən sonra ilk addımları ermənilərin Kəlbəcərdən çıxarılması olub.

Unikal.org xəbər verir ki, bu barədə ermənilər sosial şəbəkədə paylaşım ediblər. 

Kəlbəcərdə yaşayan ermənilərdən biri Aleksandr Kananyan zorla həmin ərazilərdən çıxarılması ilə bağlı bunları yazıb:

"Artıq Rusiya sülməramlıları bizi Kəlbəcərdən zor gücünə çıxartmağa başlayıb. Bizə ancaq gündəlik ehtiyacları təmin edən əşyaları götürməyə icazə verirlər. Rusiya bizim əşyalarımızı dağıtmaqla məşğuldur".