Ermənistanın müdafiə naziri David Tonoyan Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün gələn Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradovla görüşüb.
Unikal.org "armenpress"ə istinadən xəbər verir ki, görüşdə sülhməramlı missiyasının həyata keçirilməsi və təşkili məsələləri müzakirə edilib.