Fransa PSJ-sinin futbolçusu Neymar Braziliya millisinin oyunlarında iştirak edə bilməyəcək.
Unikal.org xəbər verir ki, ulduz oyunçu zədə səbəbindən millinin DÇ-2022-nin seçmə mərhələsində Venesuela və Uruqvayla keçirəcəyi qarşılaşmaları buraxacaq.
UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunun Türkiyə "Başakşehir"i ilə matçında (2:0) bud əzələsi zədələnən Neymar noyabrın ikinci yarısında sıraya dönəcək.
Qeyd edək ki, Braziliya noyabrın 14-də Venesuela, noyabrın 18-də isə Uruqvayla qarşılaşacaq.