Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 77 nəfər dünyasını dəyişib.
Unikal.org “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 8680-ə çatıb.
Qeyd edək ki, Moskvada indiyədək 577 177 insanda koronavirus aşkar olunub, onlardan 6075 nəfəri son sutkada təsdiqlənmiş yoluxma hallarıdır. Həmçinin ümumilikdə 428 418 xəstə sağalıb.