Hindistanda yeni sirrli xəstəlik ortaya çıxıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin cənubunda yerləşən Andra Pradeş ştatında müşahidə olunan bu xəstəliyə 227 yoluxma qeydə alınıb.
Əsas simptomları baş ağrısı, baş gicəllənməsi və ürək bulanması olan bu xəstəliyə yoluxan şəxslərin koronavirus tetsləri neqativ çıxıb. Hazırda onlar müşahidə altında saxlanılırlar.