Rusiyanın dövlət büdcəsində defisit əmələ gəlib.

Unikal.org xəbər verir ki, "TASS" agentliyi Rusiya Maliyyə Nazirliyi hesabatları əsasında yeni hesablama aparıb.

Qeyd olunur ki, bu ilin yanvar-noyabr aylarında Rusiya Federasiyası federal büdcəsinin kəsiri ilkin hesablamalara görə, Rusiya Maliyyə Nazirliyinin saytında yerləşdirilən materiallardan irəli gələrək 2,5 trilyon rubla qədər artıb. Yanvar-oktyabr aylarında isə büdcə kəsiri təxmini olaraq 1,8 trilyon rubl olub.

11 ay ərzində federal büdcə gəlirləri 16,528 trilyon rubla (ilin ümumi gəlirinin 80,3 faizii), xərclər 19,04 trilyon rubla bərabər olub. Gəlirlərin çox hissəsi Federal Vergi Xidmətindən əldə edilib. Hazırda çatışmayan büdcə hissəsi ilə bağlı bir sıra komponentlərin ixtisarı müzakirə olunur.