Türkiyənin Adana şəhərində keçirilən əməliyyat nəticəsində İŞİD terror təşkilatı ilə əlaqəli olan 4 şəxs saxlanılıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, 7 şübhəli şəxs haqqında araşdırılma aparılsa da, onlardan 3-ünün günahsızlığı sübuta yetirilib.
Adanada əməliyyat-axtarış tədbirləri həyata keçirilib və 4 nəfər həbs olunub. Onların İŞİD terror təşkilatının tapşırığı ilə müxtəlif təxribatlar və terror aktları hazırladığı məlum olub. Araşdırmalar davam edir.