Yaponiyanın şimal-şərqində zəlzələ olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ Rixter şkalası ilə 5.5 balla qiymətləndirilib. Ölkənin şimal-şərqində yerləşən İvate əyalətində hiss olunan zəlzələ ilə bağlı sunami təhlükəsinin olmadığı bildirilib.

Dağıntılar və itkilərlə bağlı fakt qeydə alınmayıb.