Kanada Çin Xalq Respublikasına etiraz edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, etirazın səbəbi Çində həbs edilmiş Kanada vətəndaşlarının azad edilməməsidir. Kanada tərəfi vətəndaşlarının Çin hakimiyyəti tərəfindən qanunsuz şəkildə həbs olunduğunu hesab edir.
Həmçinin Kanada Müdafiə Nazirliyi bu səbəblə Çin və Kanada arasında olan anlaşmalara görə keçirilməsi nəzərdə tutulan ortaq hərbi təlimlərin ləğv edildiyini açıqlayıb. Saxlanılanların azad edilməsinə qədər Çinlə Kanada arasında diplomatik gərginliyin davam edəcəyi ifadə olunub.