"Ermənistanla Rusiya arasında münasibətləri uğurla qurmaq üçün qeyd-şərtsiz etimada sahib bir hökumətə ehtiyac var. İndiki hökumətlə buna nail olmaq mümkün deyil”.
Unikal.org xəbər verir ki, bunları Ermənistanın keçmiş prezidenti Robert Köçəryan yerli "5” telekanalına müsahibəsində söyləyib.
Onun sözlərinə görə, "Rusiya ilə yeni bir inteqrasiya forması məsələsi ən qısa müddətdə həll edilməlidir. Ermənistanda hakimiyyətin tez bir zamanda dəyişdirilməsinin zəruriliyini göstərən başqa bir amil "ikinci zərbə” riskidir.