"Rejissorlara səslənmək istəyirəm ki, nə qədər yaşlanmamışam, enerjim varsa, məni filmlərə çəkin. Dövlət tərəfindən lentə alınan filmdə çəkilmək istəyərəm. Rejissorlar Rafael İsgəndərov, Coşqun Rəhimov, Tahir və Cabir İmanovu bir araya yığıb film çəksinlər. Razıyam mənə orada kiçik bir rol verilsin".
Unikal.org xəbər verir ki, bu sözləri aktyor Fərda Xudaverdiyev "Birə-bir" verilişində deyib. Sənətçi rejissorlara səslənərək, onu filmə çəkmələrini istəyib.
Son günlər xeyli çəki alan Fərda arıqalamaq üçün dərman atdığını etiraf edib:
"Atmadığım dərman, içmədiyim çay qalmayıb. Arıqlamaq üçün hər şey etmişəm. Adam istəyir 30 ildə yığdığını 3 günə atasın, olmur. Hər şey insanın özündən asılıdır. Nəyəsə fikir verdinsə, xeyri yoxdur, alınmayacaq. Saçın tökülür, şampunlar alırsan təsir etmir".