Türkiyədə zəlzələ hadisəsi baş verib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, təbiət hadisəsi Muğla şəhəri yaxınlığında və Egey dənizinin sahil sularında olub. Yer silkələnməsi Rixter şkalası ilə təqribən 4 baldan yuxarı qiymətləndirilib.
Zəlzələnin ocağı yerin 14 kilometr dərinliyində yerləşib. Episentr Muğladan 122 kilometr qərbdə olub. İlkin məlumatlar dağıntı və itkinin olmadığını göstərir.