Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 168 nəfər ölüb.
Unikal.org xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 7 550 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8 005, ağır xəstələr isə 2 265 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 380 665 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 254 052 nəfər sağalıb, 23 832 nəfər isə ölüb.