Tibb elmi dünyada coğrafiyası genişlənməkdə olan koronavirusa qarşı vaksin hazırlamağı bacardı. Ötən ilin noyabrında virusa qarşı peyvəndin yaradılmasından sonra yaxın zamanlarda dünya arenasında yoluxmanın azalacağı, hətta tamamilə bitəcəyi ilə bağlı proqnozlar verilib.
Unikal.org xarici KİV-ə istinadən bildirir ki, yoxsul ölkələr üçün eyni fikiləri söyləmək mümkün deyil.
Belə ki, varlı ölkələr milyonlarla doza vaksin ala bilib. Lakin kasıb ölkələr bu peyvəndin sadəcə yüzdə 1 faizini əldə edib. Bunun ən birinci səbəbi varlı ölkələrin mövcud olan peyvəndləri əvvəldən satın almasıdır. Məsələn, Kanada öz vətəndaşlarını 5 dəfə vaksinasiya edə biləcək qədər peyvənd alıb.
Buna görə də, kasıb ölkələr peyvənd olunmaq üçün 2022-ci ili gözləməli olacaq. Bu adil olmayan paylaşımdan təsirlənən ölkələr sırasında əhalisinin 4-də birini virus səbəbi ilə itirən Latın Amerikası ölkələri gəlir. Argentina, Venesuela, Boliviya kimi ölkələr isə ölümün qarşısını almaq üçün Rusiyanın hələ ki, tibbi sınaqlarının yekunlaşdırmadığı "Sputnik V" peyvəndini alıb.
Hazırda vaksinləri tez və bərabər formada dünya ölkələrinə paylayan "COVAX" proqramı çərçivəsində yoxsul ölkələrə 2 milyard doza peyvənd təqdim ediləcəyi gözlənilirdi. Lakin vaksinləri fevralda paylamağa başlaycaq proqramın əməkdaşları satın almaq üçün kifayət qədər peyvənd olmadığını bildirib.
Vaksinlərin hazırlanmasında və paylanmasındakı qeyri-bərabərlik bu yarışda da kasıbların məğlub olacağını göstərir. Yoxsul ölkələr 2022-ci ilə qədər bu peyvəndlərdən yararlana bilməyəcəklər.