Xəzər dənizində zəlzələ olub.

Unikal.org xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Zəlzələ yerli vaxta saat 21:06-da qeydə alınıb.

Maqnitudası 4.5, dərinliyi 60 km olan zəlzələ sahilyanı rayonlarda 3 bala qədər hiss olunub.