Abşeron rayonunda yol qəzası olub.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 28-də saat 21 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Xırdalan şəhər sakini M.Əlimirzəyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini E.Nəzərovu vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.