Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Unikal.org-un məlumatına görə, hadisə şəhərin 1-ci mikrorayonunda qeydə alınıb. 2007-ci il təvəllüdlü H.A zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yeniyetmə qızın yaşadığı evin vanna otağında dəm qazından zəhərləndiyi ehtimal olunur. 

Faktla bağlı araşdırma aparılır.