Bakı şəhərinin Sabunçu rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 170 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.