İkinci Qarabağ müharibəsində zərərsizləşdirilmiş daha 15 erməni hərbçinin meyiti tapılıb.

Unikal.org xəbər verir ki, bunu qondarma rejimin “Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti” açıqlayıb.

Məlumata görə, 13 hərbçinin qalıqları Cəbrayılda, 1-i Xocavənddə aşkarlanıb, digərini isə Azərbaycan tərəfi təhvil verib.

Meyitlər tanınmaz halda olduğu üçün kimliklərini müəyyənləşdirmək mümkün olmayıb. Ona görə də məhkəmə-tibbi ekspertizanın aparılması lazım olacaq.

Axtarış işləri bu gün Hadrut və Qubadlı istiqamətində davam etdiriləcək.

Qeyd edək ki, yanvarın 29-dək döyüş bölgəsindən 1 344 erməninin qalıqları aşkarlanıb.