Azərbaycan ordusunun xidmətdə olan hərbi qulluqçusu Siracov Fətulla Qasım oğlu səhhətində yaranan problemlər səbəbindən dünyasını dəyişib. Vəfat edən əsgərimiz bu gün Şabranın Gəndov kəndində torpağa tapşırılıb.

Faktı Müdafiə Nazirliyindən Unikal.org-a təsdiq ediblər.

Qeyd edək ki, F.Siracov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdi.