Gədəbəy rayonunda ölümlə nəticələnən qəza baş verib.

Unikal.org-un Qərb regionu üzrə bölgə müxbirinin verdiyi xəbərə görə, Gədəbəy rayonunda sürücü idarəetməni itirərək traktoru aşırıb.  Nəticədə sərnişin 1980-ci il təvəllüdlü Məmmədov Seymur İsa oğlu hadisə yerində dünyasını dəyişib, sürücü 1974-cü il təvəllüdlü Zeynalov Murad Əhməd oğlu ağır yaralanıb.

Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

İlkin məlumata görə hadisə "İsgəndər qalası" adlanan ərazidə baş verib.

Qəzaya səbəb qarlı hava şəraiti göstərilir.