Bu gün itkin düşən Qaradağ rayon Lökbatan qəsəbəsi 288 nömrəli məktəbin 8k sinif şagirdi Əhməd  Abdullayev tapılıb.

Unikal.org xəbər verir ki, 13 yaşlı məktəblinin Gəncə şəhərinə getdiyi məlum olub.

xxx

23:02

Bakıda 13 yaşlı məktəbli itkin düşüb.

Unikal.org xəbər verir ki, Qaradağ rayon Lökbatan qəsəbəsi 288 nömrəli məktəbin 8k sinif şagirdi Əhməd  Abdullayev itkin düşüb.

Yaxınlarının verdiyi məlumata görə, bu gün saat 17:00 radələribdə 13 yaşlı Ə. Abdullayev mağazaya getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. 13 yaşlı Əhməd evdən çıxarkən əynində qara rəngli gödəkçə, qara şalvar və ayağında idman ayaqqabısı olub. Görən şəxslərdən Qaradağ rayon Polis İdarəsinə və ya Daxili İşlər Nazilriyinin 102 xidmətinə məlumat vermələri xahiş olunur.