Goranboyda yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə Goranboy-Qlzılhacıll avtomobil yolunda qeydə alınıb. Belə ki, idarəetməni itirən “VAZ-2106” markalı maşın “VAZ-2107” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan 1986-cı il təvəllüdlü Xuruşov Tərlan Şakir oğlu, 1988-ci il təvəllüdlü Adıgözəlov Müşfiq Mehdi oğlu və 1996-cı il təvəllüdlü Aslanlı Nicat Elçin oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.