Göygöl rayonunda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.

Bu barədə Unikal.org Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Rayonun Balçılı kəndində ümumi sahəsi 120 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 3 ton ot bağlaması yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.