Bakı şəhərinin Suraxanı rayonunda “Opel” markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb.

Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.