Bu gün yerli vaxtla saat 19:36-da Ermənistanda Göyçə gölünün yanında baş verən zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Qazax,Tovuz, Gədəbəy,Gəncədə 5-4 bal, digər rayonlarda isə 4-3 bala qədər hiss olunub.
Unikal.org xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
19:51
xxx
Azərbaycanın qərb bölgəsində zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, təbii fəlakət Gəncə, Göygöl, Daşkəsən, Gədəbəy, Qazax və digər rayonlarda hiss olunub.
Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.