Salyanda ana doğuşdan sonra ölüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Salyan rayonunun Dördlər kənd sakini,   1989-cu il təvəllüdlü  Hümmətova Gülnarə  Mahir qızı Salyan Rayon doğum evində bir gün əvvəl qeysəriyyə əməliyyatı olunaraq qız uşağı dünyaya gətirib.

Bu gün səhər saatlarında ananın səhhətində baş verən ağırlaşmalar nəticəsində xəstəxanada ölüb.