Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Hadisə zamanı 1989-cu il təvəllüdlü Məhəmmədov Qərib Ələddin oğlu və onun həyat yoldaşı 1994-cü il təvəllüdlü Məhəmmədova Şəhanə Cavanşir qızı bədən xəsarətləri alıblar.

Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır (report).