Azərbaycanda daha bir zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a verilən xəbərə görə, zəlzələ saat 08:12-də Qobustan stansiyasından 31 km cənub-qərbdə Şamaxı rayonu ərazisində qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
***
10:58
Hacıqabulda yenidən zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a bildirilib ki, zəlzələ saat 08:11-də Qobustan stansiyasından 31 km cənub-qərbdə Hacıqabul rayonu ərazisində qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin maqnitudası 3.9, dərinliyi 3 km olub.
***
10:38
Hacıqabul rayonunda zəlzələ olub.
Bu barədə Unikal.org-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:10-da Əli-Bayramlı stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonu ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.