Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2112" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.(apa.az)