Türkiyədə son sutka ərzində 98 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, 8636 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 26 998, virusa yoluxanlar isə 2 548 195 nəfərə çatıb.
Türkiyədə indiyədək 2 437 382 pasiyent (son sutkada 8109 nəfər) sağalaraq evə buraxılıb.