Qazaxda intihar hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb.
1952-ci il təvəllüdlü Tofiq Xəlilov yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar edib.
İlkin məlumata görə, həmin şəxs ağır xəstəlikdən əziyyət çəkirmiş.
Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.(apa.az)