Göygöl rayon (keçmiş Xanlar rayonu) İcra hakimiyyətinin sabiq başçısı Pənah Məmmədov vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Mərhumun ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Pənah Məmmədov 1992-1993-cü illərdə Göygöl rayonu İcra hakimiyyətinin başçısı olub.